Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Xodorkovskinin işinə baxan hakimin köməkçisi onlara təzyiq olduğunu deyir


Mixail Xodorkovskinin işinə baxmış Moskva şəhər məhkəməsinin hakiminin köməkçisi bildirir ki, azadlıqdan məhrumetmə cəzasının çıxarılması üçün məhkəməyə yüksək səviyyələrdən təzyiq edilib.

Ötən il dekabrın son günlərində hakim Viktor Danilkin Xodorkovskini pulların yuyulması və satxkarlıqda günahkar bilərək onun 2017-ci ilə qədər azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Hakimin köməkçisi Natalya Vasilyevanın etiraf müsahibəsi Moskvada “Dojd” telekanalında və Gazeta.ru saytında yayılıb:

- Mənim ehtimallarım məhkəmə dəhlizlərində eşitdiklərimə əsaslanır. Mən hakimə yaxın adamlardan eşitmişəm ki, Moskva şəhər Məhkəməsində hökm tez-tələsik yazıldı. Danilkin demək olar bu hökmün çıxarılmasında iştirak etmədi.

Köməkçinin müsahibəsi yayılandan dərhal sonra hakim Sanilkin bəyanat yayaraq onun dediklərinin yalan olduğunu bildirib.

Keçmiş Yukos neft şirkətinin rəhbəri Mixail Xodorkovski 2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Dekabrda isə onun azadlıqdan məhrum edilməsi müddəti 13 ilə uzadılıb.

Tərəfdarları deyirlər ki, Xodorkovski haqqında ittihamlar əsassızdır. O, əslində Baş nazir Vladimir Putinlə yola getmədiyi üçün bu ittihamlarla üzləşdiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG