Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:21

Moskva ilə Londonu neft barışdırır?


Britaniya və Rusiyanın xarici işlər nazirləri Hague və Lavrov

Britaniya və Rusiyanın xarici işlər nazirləri Hague və Lavrov



Yəqin, çoxları inanmayacaq, ancaq Sergey Lavrov xarici işlər naziri olandan bəri – son 6 ildə ilk dəfədir ki, məhz ikitərəfli əlaqələri müzakirə etmək üçün Londona gəlir.

Putinin tənqidçisi Litviinenko Londonda müəmmalı şəkildə zəhərlənib öləndən və Britaniya Rusiya kəşfiyyatını günahlandırandan sonra iki ölkə arasında 5 ildir ki, diplomatik gərginlıik davam edir.

Keçən həftə Moskvanın hava limanındaca Britaniyanın Guardian qəzetinin müxbiri geri qaytarıldı. Ona deyildi ki, “bu ölkənin qapıları sənə bağlıdır”.

Kremlin bu addımı Guardian qəzeti müxbiri Luke Hardingin Wikileaks-dəki diplomatik Amerika teleqramlarını sitat gətirməsinə cavab idi. Həmin teleqramlarda “Rusiya mafiya dövləti” adlandırılırdı və deyilirdi ki, Rusiya “Vladimir Putinin rəhbərliyi ilə “rüşvətxor , avtokratik kleptokratiyadır”, yəni oğrukratiyadır.

İki ay bundan qabaq isə Britaniya və Rusiya bir-birlərinin diplomatlarını qovdular.

HƏRƏ ÖZ MÖVQEYİNDƏ QALIR...

Ancaq indi Rusiyanın xarici işlər nazirliyi bildirir ki, bütün bu hadisələri yada salmaq “iki ölkə arasında münasibətləri süni qızışdırmaqdır”.

Bununla belə, Moskvanın Britaniyanın tələbini yerinə yetirib, Andrey Luqovoyu Londona verəcəyini heç kim gözləmir. Britaniya 2006-cı ildə Litvinenkonun radioaktiv maddə ilə zəhərlənməsində Luqovoydan şübhələnir.

Rusiyada demokratiyanın və insan haqlarının vəziyyətindən Britaniyanın narazılığı , Kremlin məşhur düşmənlərinə isə Londonun siyasi sığınacaq verməsindən Moskvanın qəzəbi olduğu kimi qalır.

BƏS NƏ DƏYİŞİB?

Reuters yazır ki, Britaniyanın BP və Rusiyanın Rosneft şirkətlərinin səhm mübadiləsi və Arktikanın zəngin yataqlarının işlənməsində keçən ayki pay bölgüsü sazişi ehtimal etməyə imkan verir ki, “neft diplomatik gərginliyi üstələyir”

Lavrov da səfər qabağı deyib ki, “ bizim münasibətlərə real özül - iqtisadi əməkdaşlıqdır”.

Britaniyanın xarici işlər naziri Hague bildirib ki, “iki ölkə öz diqqətini qlobal sınaqlara cavab verməkdə və iki ölkə arasındakı güclü ticarətdə cəmləməlidir”.

Britaniya Rusiyaya ən çox investisiya qoyan ölkələrdən biridir.

Rusiyaya 1991-ci ildən bəri 266 milyard dollar sərmayə qoyulub. Onun 19 milyard dolları Britaniyadan gəlib.

İki ölkə arasında ticarət dövriyyəsi qlobal böhran başlananda ildə 22 milyard dollar idi, indi 16 milyarddır.

Mindən çox Britaniya şirkətinin Moskvada ofisi var.

Hərçənd onlar həmişə Moskavadakı rüşvətdən şikayətlənirlər, ancaq Britaniyadakı Rusiya səfiri məhz BP-Rosneft sazişini misal çəkir ki, “bu saziş Britaniya biznesinin Rusiyadakı mühiti qənaətbəxş hesab etməsinə sübutdur”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG