Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06
“Dostlar məndən Rəşad Məcidə neynədiyimi soruşur.

Yəni nə eləmişəm ki, kitabım haqda bu qədər danışır.

Onun Lent.az” və “Azadliq” radiosuna müsahibələrində Milli Kitab Mükafatı Müsabiqəsində münsif olduğunu unudaraq vaxtı çatmamış, bəri başdan, hətta ekspertlərin bəzilərini çətin vəziyyətdə qoyaraq “Yad dildə” haqda önyarğılı sözlər deməsinə fikir bildirməyimi istəyirlər”.

Yazıçı Pərviz Cəbrayıl bunu MKM-nin münsifi Rəşad Məcidin açıqlamalarına münasibət bildirərkən deyib.

R.Məcid Azadlıq Radiosunun "Pen klub" verilişinə müsahibəsində P.Cəbrayılın müsabiqəyə təqdim etdiyi “Yad dildə” romanını yarıyacan oxuya bilmədiyini, romanın dilinin ağır olduğunu, müsabiqədə qalib gələ bilməyəcəyini deyib.

R.Məcidin açıqlamalarına münasibətini ""10 sentyabr" yazana "11 fevral" yazandan cavab" adlandırmış P.Cəbrayıl daha sonra bildirir:

"Rəşad Məcid mənim əskidən tanıdığım biridi.

92-dən bu yana keçdiyi yol gözümün qarşısındadı.

Yeri gəlmişkən, Allah Elçin Səlcuqa qəni-qəni rəhmət eləsin.

Ona görə də o nə desə, məndə gülüş yaradır. Mən ona nə münasibət bildirməliyəm ki?

Bu gün məndən istənilən şeyə münasibət bildirməyimi istəsələr, mən Misir inqilabının qələbə çalması münasibəti ilə sevincimi dilə gətirərəm.

Hələ Misir xalqının şər üzərində böyük qələbəsini bir yana qoyuram.

Ən azi ona görə sevinirəm ki, Tunis, Misir inqilabları dünyada ilk olaraq mənim romanımda oldugu kimi internet üzərindən, virtual gerçəkləsdirilib.

Hətta müəyyən mənada lidersiz olaraq. Lap arxasında hansısa psevdo-Çe Gevara dursa da.

Nəticəsi qan-qada olmaqla da, romandaki kimidir. Ancaq şükürlər olsun ki, qələbəylə bitib.

Əslinə baxanda, “Yad dildə”nin son cümləsi də qələbə vəd eləyir: “Bu Xunta devrilənədək!”

Xuntanin ikisi devrildimi? Devrildi. Iki il qabaq yazdığım bir məsələ bu qədər tez başa gəldi. Ardı da gələcək.

Rəşad Məcidə gələndə isə, bu boyda fərəhin fonunda onun dedikləri o qədər məzəli görünür ki...

Onun “yarıyacan oxuya bildiyi” romanın tamamını misirlilər ona göstərdilər. Indi bəyənib-bəyənmədiyini özü desin”.

Həmçinin oxu
Rəşad Məcid: "Müsabiqənin qalibi Natiq Rəsulzadə olacaq"
Şahbaz Xuduoğlu: "Rəşad Məcid qərəzlidir"

PƏRVİZ "Yad dildə" (Romandan parça)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG