Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Gəncədə rüşvət olmayanda kompyuter işləmir?...


Maşınımı növbəyə qoyub durmuşam

Maşınımı növbəyə qoyub durmuşam

Gəncədə əksər sürücülər günlərdir ki, avtomobillərin texniki müayinəsi məntəqəsində növbə tuturlar. Sürücü Qəzənfər Mehdiyev deyir ki, amma bu gözləmələr də nəticə vermir. Hər gün eyni bəhanə ilə sürücülər yola salınır. Növbəti gün yenə eyni proses baş verir.

RÜŞVƏT ALA BİLMİRLƏR DEYƏ, İNCİDİRLƏR...

«Pul adı çəkən yoxdur, rüşvət ala bilmirlər deyə, prezidentin qərarından sonra çox incidirlər. Kompyuter işləmir deyib bəhanə edirlər. Maşınımı növbəyə qoyub durmuşam. İndiyədək belə bir şeylə rastlaşmamışıq».

Digər avtomobil sahibləri də deyirlər ki, indiyədək belə problem yaşanmayıb. Heç bu məntəqədə maşınlarını texniki müayinədən keçirmək üçün get-gələ düşməyiblər.

RÜŞVƏT OLMAYANDA KOMPYUTER İŞLƏMİR?

- «Həftənin 4-cü, 5-ci günü gəlmişəm, deyir kompüterdə problem var. Texniki müayinədən keçirmirlər ki, kompyuter işləmir. Əvvəllər gələn kimi keçirdirdilər. Yəqin ki, korrupsiyaya ilə əlaqədardır. Pul zad istəmirlər».

- «Heç bir problem olmamışdı, əvvəllər də necə ki, planla keçmişik. Mən indi gəlirəm. Amma qardaşlar deyir 1 həftədir gəlib gedirlər. Belə növbələr olmamışdı».

«DÜNƏN GƏLDİK NÖVBƏ İDİ, BU GÜN YENƏ GƏLDİK»

Həqiqətən də məntəqənin içərisində avtomobillər bir-birinin ardınca texniki müayinədən keçmək üçün dayanmışdı. Məntəqəyə günlərlə gəlib-gedən, saatlarla gözləyən sürücülər polislərlə mübahisə edir, yenə eyni cavabı alırdılar ki, kompyuter işləmir,
Avtomobil sahibləri deyirlər ki, indiyədək belə problem yaşanmayıb
bir az gözləyin.

MÜAYİNƏ PROSEDURU 2 İLDİR Kİ, QƏLİZLƏŞİB


Gəncə Dövlət Yol Polisi Şöbəsinin rəisi Fazil Cəfərov isə deyir ki, problem kompyuterdə deyil, müayinə proseduru 2 ildir ki, qəlizləşib:

«Bizdə mərkəzləşdirilmiş servis var. Maşın texniki baxışdan keçəndə bilinir ki, onların müəyyən səbəblərdən kiməsə borcu olub. Etibarnamə ilə maşını idarə edir. Bank maşın sahibini məhkəməyə verib, həbs var maşına və sair kimi səbəblərdən. Maşınların əksəriyyəti bank sistemiylə alınır. Ona görə maşının sənədləri yoxlanandan sonra kompyuterdə axtarış servisinə baxırlar. Həbs varsa, icazə vermirlər. Gecikdirmə bu səbəbdəndir. Texniki baxışdan keçirmirlər. Həbs aradan qalxandan sonra icazə verilir. Kompyuterdə problemlər olur, sistemdir».

Prezident İlham Əliyev ötən həftə Gəncədə səfərdə olarkən korrupsiyaya qarşı mübarizədən danışmışdı. Gəncədə bəzi sürücülər düşünürlər ki, yaranan problem prezidentin məlum çıxışından irəli gəlir. Onların fikrincə, bu çıxışdan sonra bəzi məmurlar rüşvət almaqdan çəkindiklərindən, pulsuz iş görmək də istəmirlər.

Şərhləri göstər

XS
SM
MD
LG