Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:21

Neft yatağında yanğın olub


Hadisədən nə texniki avadanlıq, nə də işçilər zərər çəkib
Hadisədən nə texniki avadanlıq, nə də işçilər zərər çəkib
«Günəşli» yatağının 28 may Neft-Qaz Çıxarma İdarəsinin ərazisindəki 19 saylı blokda yanğın olub.

Şahidlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, fevralın 10-da axşam saatlarında texniki nasazlıqdan yanğın baş verib.

Şahidlər bildirir ki, yanğın nəticəsində işçilərin yeməkxanası, yatdığı yer və əşyaları yanıb. Güclü külək olduğundan işçilər evakuasiya oluna bilməyib. Yalnız səhərə yaxın külək səngiyəndən sonra yanğını söndürmək və adamları evakuasiya etmək mümkün olub.

Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna yanğın faktını təsdiqləyib. Amma o bildirir ki, yanğının miqyası çox kiçik olub və qısa müddətə də söndürülüb, hadisədən nə texniki avadanlıq, nə də işçilər zərər çəkib:

«Bütün quyular da hazırda işləyir və işçilər də iş başındadır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG