Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

Masallı Telekommunikasiya Qovşağında partlayışla bağlı ilkin rəy açıqlanıb


Binanın sökülməsi işlərinə başlanıb

Binanın sökülməsi işlərinə başlanıb

Masallı rayon Telekommunikasiya Qovşağının (RTQ) partlayış baş vermiş binasının sökülməsi işlərinə başlanıb.

Bu barədə «APA»ya Masallı rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyev məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri binanın texniki xüsusiyyətlərini tədqiq ediblər. Məlum olub ki, dördmərtəbəli binanın konstruksiyası və özülü sıradan çıxaraq təhlükəli xarakter alıb.

S.Nuriyev bildirib ki, mütəxəssislər, həmçinin binada baş vermiş partlayışın da ilkin səbəblərini açıqlayıblar. Onların qənaətinə görə, partlayış yerin altında yığılmış qazın sızması nəticəsində baş verib.

Söküntü işlərinin bir həftəyə başa çatdırılması nəzərdə tutulub. Yeni binanın inşası ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.

Fevralın 7-də saat 14.40 radələrində Masallı rayon Telekommunikasiya Qovşağının binasında partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamam dağılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG