Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00













AĞ İLƏ QARA

Ağ ilə qaranın fərqini bilənlər,
Diri yerində ağlayıb,
Ölü yerində gülənlər,
Küyə düşüb
Hürküşüb,
Göydən düşüb
Bu dünyaya gələnlər,
Biri məni qoca sanar,
Biri uca sanar,
biri bütün ömrümü bica sanar.
Saçlarıma baxar,
Üzümə baxar,
əlimə baxar,
Saçlarımda qar, üzümdə bahar,
əlimdə paralanmış nar,...
Görənlər çaşar,
Başımın qarında donar,
Gözümün odunda əriyər,
əlini yandırar
ürəyimdəki nar,
Üzümün suyunu tökər, içər,
Gözümün işığını, yaşını,
Sərxoş olar gedər,
Itirər ayağını, başını,
Qələmimin yaşıl ucundan
Yıxılar,
Sındırar başınin
Qara daşını.


BALTA HAQQINDA BALLADA
*ulduzlu şeir

Quranda
Adı çəkilən müqəddəs
Zeytun ağaclarına baltalar enir, -
Quran baltalanır.
Susdquca, dinmədikcə,
din,-iman baltalanır.
Torpağın damarları kəsilir,
qara qızıl qanı axır,
talanır.
Bu baş
sərçələri qorxutmaqçün imiş qardaş,
Baş susur,
bədən baltalanır.
Bədən cəhənnəm,
Anam-atam, qaradaşım-bacım,
Öndərim deyən qolum,
demədiyi qıçım,
Dədəm baltalanır!
Balta şəkli çəkin bayrağıma
Gələcəyim, sabahım,
Nəticəm, kötücəm, ötücəm,
Nəvəm baltalanır...
Bir ağac qalmır söykənim,
Yoxdur bu baltaçının
Anasını sss...!*evənim,
Yurdum, yuvam, məskənim,
Vətənim baltalanır!

07.02.2011


A ZADLIQ

Ey alman cuhudu,
Saqqalı Markus,
İndi zamanıdır, saqqalını qıs,
Iqtidar itləri əmr alır: kıs-kıs!
Nə qədər yalanlar yemisənsə qus!
Nə qədər yazmısan, ona da bir quş!
Yarımçıq Əlyazman Engelsə qaldı,
Onun əngəlləri...
Bizi də əngələ saldı.
İstismar belə gəldi.
Kapital elə getdi,
Yetmiş illik cuhud devrimi
Rusiyanı məğmun etdi.
SeSeSe Ri yorğaladı,
Büdrədi, işi bitdi.
Bu siyasət alimləri
Hamısı gö...* görməmişdi!
Biri doktorluq yazır,
Biri baytarlıq,
Yenə də ortada yetim qalır,
Yoxluq ilə varlıq.
Ev kirəsinə də pul çatmır,
Cəhənnəmə bazarlıq!
İş budur ki, fəhlə baba
Maaşla dolana bilmir,
Ortadan şaqqalanır,
Nə ölür, nə dirilmir.
Ən pullu sənətdir,
Oğurluq, quldurluq, mərdimazarlıq,
Süpürgəçilkdən də aşağıdır
Yazarlıq, zarlıq, azarlıq.
Daha qalmadı başqa zadlıq,
Başına dəysin başdakıların
Verdiyi boş-boş Azadlıq!


LENİN BABA

Lenin baba, Lenin baba,
Vladimir Uluyanov,
Yanı atıb ululaşdın,
Ulu adla məşhurlaşdın,
Sevdi səni bu el oba,
Lenin baba, Lenin baba!

Parij, Londonu gəzmişdin,
Berlində də gizlənmişdin,
Atatürk ilə dost idin,
Az içdin, çoxlu tost dedin,
Zakuskalardan nə yedin?!
Hər şeyi düzmüşdük qaba,
Lenin baba, Lenin baba!

Əl atdın Ulduza, Aya,
Dırmaşırdın Himalaya.
Boynumuza minnət oldu,
Nə vaxt sənə sünnət oldu?!
Sən ki müsəlman imişsən,
Nə gözəl insan imişsən,
Cühud anan, qalmıx atan,
Urus soyun gəldi hardan?
Bənzərsən yolkaya, duba,
Lenin baba, Lenin baba!

Dedilər həccə gedibsən,
Qəbrin üstə kub tikibsən,
Xalqın anasın s...!* sevibsən,
Sevdi səni bu el oba,
Lenin baba, Lenin baba!

Uzatmısan hey əlini,
Maskaladıq heykəlini,
Kələmə bənzər kəlləni.
Yata-yata batdın xaba,
Ölkəni qoydun xaraba,
Öküzsüz qaldı araba,
Lenin baba, Lenin baba!

24.01.2011.


TİTRƏYİŞ

Bir ətək pul töküb ucaltdıq göyə,
Yenə bu bayrağın mili titrəyir.
“Bu qədər pulları kim yeyib ayə?!”,
Deyəndə, kimlərin dili titrəyir.

Saray öküzünə yaraşar pəyə,
Tərpənəndə başı haçaya dəyə.
Kimdir arabaya, samıya yiyə,
Səmrimiş öküzün beli titrəyir.

Sazla çomağını naxırçı qardaş,
Zirəddin, kömək et, baxıcı qardaş!
Daş vur başımıza, axır ki, qardaş,
Daşır gözümüzün seli titrəyir.

Yerimiz dünyanın olub künc yeri,
Kəsmişik atəşi, olub dinc yeri.
Vallah başımızda var külüng yeri,
İnsaflı Allahın əli titrəyir.

Silahlı-sursatlı bəslənib ordu,
Harınların qarnı ordunu yordu,
Yedi canımızı, qanı da sordu,
Qopub düşə bilmir, zəli titrəyir.

Kasıba pay düşməz bircə qiymə ət,
Ahdan da ucadır bazarda qiymət,
Axır qiymətlərdən qalxar qiyamət,
Ağıllı lal olub, dəli titrəyir! ...


QIRMIZI

Ey qırmızı köynəklilər!
Siz nədən
Yaşıl tuman geydiniz?!


GET-GƏL ŞEİRİ

Getdin
Qıratdan qayıtdın,
Eşşəyə mindin gəldin,
Getdin,
Siratdan qayıtdın,
Dar ağacı ucalığından,
Ayaqlar öpməyə endin, gəldin,
Koroğlu,
Korun oğlu,
A gorbagorun oğlu!,
Bu qədər ümidlərimizi bada verdin,
Naxçıvanın göz yaşından
Moskvada Sirab satılır,
Çənlibel dağlarında,
Bulaq başında,
Yoxsa ki, Əshabi-kəfdə ,
keflə
Yatdın, dincəldin?!

Şərhləri göstər

XS
SM
MD
LG