Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

İsveçrəlilər silahlarına səs verdilər


İsveçrədə fevralın 13-də keçirilən səsvermə ilə vətəndaşların çoxunun silah saxlamağa qadağa tətbiqinin əleyhinə səs verib.

Rəsmi nəticələrə görə ölkədə bölgələrin yarıdan çoxu silahlara qadağa barədə təklif edilən qanunu rədd edir. Həmin qanunda insanların silah gəzdirmələrinə və silahın satışına məhdudiyyətlər nəzərdə tutulurdu.

Bu ölkədə kişilər əsgərlikdən dönəndə də öz silahlarını evlərinə aparmağa icazə verilir.

Qanunun tərəfdarları bildirirdilər ki, qadağalar ölkədə zorakılıqları və odlu silahla intiharları azalda bilər. bu cür intiharlara görə İsveçrə dünyada öncül yerlərdən birini tutur.

Hökumətin məlumatına görə 8 milyon əhalisi olan bu ölkədə vətəndaşların 2.3 milyon şəxsi silahı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG