Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Misir ordusu parlamenti buraxıb və mövcud konstitusiya dondurulur


Misir ordusu bəyan edib ki, parlament buraxılır və mövcud konstitusiya dondurulur. Dövlət televiziyası ilə yayılan bəyanatda ordu qeyd edir ki, qarşıdakı altı ay ərzində - yeni seçkilərə qədər hakimiyyət başında olacaq.

Misirdə hazırkı parlament keçmiş prezident Hüsnü Mübarəkin tərəfdarlarından təşkil edilmişdi.

2005-ci ildə keçirilmiş prezident seçkisində Mübarəkin rəqibi olmuş müxalifət təmsilçisi Ayman Nour Reuters agentliyinə bildirib ki, ordunun bugünkü addımları inqilabın qələbəsidir.

Korrupsiya, yoxsulluq və avtokratiyaya etiraz olaraq keçirilən 18 günlük mitinqlərdən sonra ölkəyə 30 il rəhbərlik edən prezident Hüsnü Mübarək fevralın 11-də istefa verib. Mübarək hakimiyyət səlahiyyətlərini də orduya ötürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG