Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:04

Yəməndə hökumət əleyhinə mitinqlər üçüncü gündür davam edir


Fevralın 13-də hökumət əlyhinə mitinqi davam etdirən müxalifət qüvvələri paytaxtın baş meydanına girməyə cəhd ediblər. Onlar yollarını kəsən polis dəstəsi ilə çarpışıblar.

Əksəriyyəti universitet tələbələri olan 1000 nəfərlik dəstə Yəməndə də prezident Ali Abdullah Salehin 30 illik hakimiyyətinə son qoyulmasını, ölkədə demokratik islahatlar keçirilməsini tələb edirlər.

Fevralın əvvəlində müxalifət fəallarının yeni hökumət tələbilə keçirdikləri “qəzəb günü” adlı mitinqə on minlərlə adam toplaşmışdı.

Tunis və Misirdə xalq etirazları ilə on illərlə ölkəyə rəhbərlik etmiş prezidentlər hakimiyyətdən qovulandan sonra başqa ərəb ölkələrini də etirazlar bürüyür.

Günün bütün mövzuları

XS
SM
MD
LG