Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:49

Misir muzeyinin nadir eksponatları oğurlanıb


Misir rəsmiləri bildirirlər ki, ölkəni bürümüş xaos zamanı Misir Muzeyinin bəzi qiymətli əşyaları oğurlanıb.

Mədəniyyət Nazirliyindən yayılan məlumata görə muzeydəki əşyaları yenidən sayıblar. Məlum olub ki, bir neçə məşhur eksponat, o cümlədən də Tutanxamunun bir neçə heykəli yerində yoxdur.

Qəsbkarlar bu muzeyə yanvarın 28-də girmişdilər. bundan sonra ordu muzeyə nəzarəti əlinə almışdı.

Ölkədə korrupsiya, yoxsulluq və avtokratiyaya etiraz olaraq keçirilən 18 günlük mitinqlərdən sonra ölkəyə 30 il rəhbərlik edən prezident Hüsnü Mübarək fevralın 11-də istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG