Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

İtaliyada qadınların etiraz aksiyaları başlayır


İtaliyanın bir neçə şəhərində qadınlar fevralın 13-də etiraz aksiyalarına başlayırlar. Onlar ölkədə “qadınlara qarşı zorakı təhqiramiz mühit”ə etiraz etdiklərini bildirirlər.
Aksiya təşkilatçılarından biri olan aktrisa Francesca Comencini jurnalistlərə deyib ki, Baş nazir Silvio Berlusconinin “qadın düşməni” açıqlamaları da ölkədə problemin bir hissəsidir.

Illərdir seks qalmaqlalları ilə gündəmdə olan Baş nazir Silvio Berlusconi hazırda eyni məzmunda bir ittihamla istintaq altındadır. Prokurorlar Baş naziri hələ yetkinlik yaşına çatmayan bir disko rəqqası ilə cinsi əlaqədə ittiham edirlər. Baş nazir ittihamları rədd edir.

Qadın fəallar ötən bir həftə ərzində “İndi də yox, onda nə zaman?” adlı manifestə 50 000 imza toplayıblar. Onlar medianı da “qadına yalnız seksual istək üçün çılpaq obyekt” kimi baxmaqda günahlandırırlar.

Təşkilatçılar aksiyalarını bütün ölkə boyu keçirməyi planlaşdırılar. Paytaxt Romada isə etiraz aksiyası fevralın 13-ü axşam saatlarında olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG