Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

Şahbaz Xuduoğlu: "Rəşad Məcid qərəzlidir"


Şahbaz Xuduoğlu (sağda) və yazıçı Pərviz Cəbrayıl Azadlıq Radiosunun Bakı studiyasında, 4 noyabr 2010

Şahbaz Xuduoğlu (sağda) və yazıçı Pərviz Cəbrayıl Azadlıq Radiosunun Bakı studiyasında, 4 noyabr 2010

“Həmmünsifim Rəşad Məcidin məqsədyönlü və ardıcıl gözdənsalma kampaniyasından yalnız bir nəticə çıxır:

Demək torbada pişik var.

O, başa düsür ki, 20-liyə və 10-luğa düşən, nəhayət finişə çıxan əsərlər “Ən yeni ədəbiyyat” seriyasının kitabları ola bilər və ona görə indidən profilaktik tədbirləri görür”.

“Qanun” nəşriyyatının rəhbəri, Milli Kitab Müsabiqəsinin (MKM) münsifi Şahbaz Xuduoğlu bunu Azərbycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin Azadlıq Radiosunun “Pen klub” verilişinə söylədiklərinə münasibət bildirərkən deyib.

R.Məcid “Yad dildə” romanının (“Qanun” nəşriyyatı – Oxi zalı) dilinin ağır

"Pərvizin əsərinin dilini tənqid edənlər Azərbaycan türkcəsini bilməyənlərdi".
olduğunu, müsabiqədə qalib gəlməyə layiq olmadığını deyib. Onun fikrincə, müsabiqəni yazıçı Natiq Rəsulzadə qazanacaq.

“Oxu zalı”na müsahibəsində Ş.Xuduoğlu deyib:


- MKM-in şərtlərinə görə münsiflər öz fikirlərini açıq bildirməlidirlər. Rəşad Məcid bu şərtləri pozmur, sadəcə tələskənlik etdi. Eybi yox, tələssə də, mən onun fikirlərini MKM-ə təqdim olunan əsərlərin açiq müzakirəsinin başlanğıcı kimi qəbul edirəm.

“Yad dildə” və “X günü” əsərləri “Ən yeni ədəbiyyat” seriyasında nəşr olunub, əsərlərin hər ikisini çox bəyənirəm.

Əslində yalnız bu əsərlər deyil, bu seriyada nəşr olunan digər əsərləri də mən Azərbaycan ədəbi mühitində hadisəyə səbəb olan əsərlər kimi dəyərləndirirəm. Əks halda onları nəşr etməzdim.

Bir ildən çoxdur bu kitablar müzakirə olunur, onlarla rəylər yazılıb. Bu kitablar ədəbiyyatımızın əsas tendensiyalarını müəyyən edir. “Nəsimi” kitab mükafatının əsas qalibləri bizim nəşrlər oldu.

Kitab dükanlarında 10 ən yaxşi satılan kitabların 9-u bizim nəşrlərimizdir.

Pərvizin “Yad dildə” əsəri 2010-cu ilin ən çox satılan kitabı oldu. Pərvizin əsərinin dilini tənqid edənlər Azərbaycan türkcəsini bilməyənlərdi.

Rəşad Məcid
Əsərin ağır oxunmasi isə zövqlə baglı olan məsələdir. Yalnız dilin ağırlığına görə əsəri tam halda pisləmək, yaxud onu zəif adlandırmaq düzgün deyil.

Dünyanın ən ağır oxunan müəllifi irlandiyalı Ceyms Coysdur, amma əsərləri nəsrin şedevri hesab olunur.

Marsel Prust ağır oxunur, amma fransız ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil.

Herta Müller ağır oxunur, amma 2009-cu ildə Nobel mükafatına layiq görüldü.

Rəşad bəyin tənqid etdiyi ikinci əsər - Samir Sarının “X günü” kitabı çox asan oxunur, oxuduqca kitabdan ayrılmaq olmur.

Rəşad Məcid üçün əsəri dəyərləndirmə əlaməti əsərin asan oxunmasıdırsa, onda o bu əsəri yüksək dəyərləndirməlidir.

Amma necə olur ki, o başqa təqdim olunan əsərləri deyil, yalnız bu əsərləri tənqid edir. Məncə, Rəşad Məcid qərəzli mövqe nümayis etdirir.

Mən MKM-nin münsiflər heyətinin üzvüyəm, bu mənada etik normalara uyğun olmaz ki, nəşr etdiyim kitabları indidən təbliğ edim. Istəmərəm ki, digər münsiflərin fikirlərinə təsir edə bilən açıqlama verim.

MKM-ə 100-dən artıq əsər verilib, Rəşad Məcid isə bu barədə müsahibə verən kimi Pərvizi və Samir Sarının əsərlərini tənqid edir.

Sevinc Çilğını da tənqid etdi.

“Ən yeni ədəbiyyat” seriyasında çıxan kitabları yeri gəldi-gəlmədi tənqid edir. Belə olan halda mən o kitabları Rəşad Məciddən müdafiə etmək məcburiyyətində qalıram.

Həmin müəlliflərin əsərlərini mən nəşr etmişəm, nəşriyyatın hesabına. Yayımını, təbliğatını, hətta təqdimatını nəşriyyat edir.

Bu seriya uzun müddətlidir. Azərbaycan gənc yazarlarının böyük hissəsini öz ətrafında birləşdirəcək.

Ş.Xuduoğlunin fikrincə, R.Məcid Milli Kitab Müsabiqəsində “Ən yeni ədəbiyyat” seriyasından olan kitabların qalib gələ biləcəyini önləmək üçün “profilaktik tədbirlər” görür.

Həmçinin oxu
Rəşad Məcid: "Məncə, Milli Kitab Müsabiqəsinin qalibi Natiq Rəsulzadə olacaq"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG