Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31
Bərdədə toy karvanında hərəkət edən maşının yoldan çıxması iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə bu gün saat 13 radələrində Bərdə rayon mərkəzindən Qəhrəmanlı kəndinə gedən yolda baş verib.

Quliyev İlqar Ələkbər oğlunun idarə etdiyi «Mercedes» markalı minik maşını yoldan çıxaraq yol kənarında işlək vəziyyətdə olmayan «ZİL» markalı yük maşınına çırpılıb.

Nəticədə sürücü və sərnişinlərdən biri Hüseynov Cəmil Rəhim oğlu hadisə yerindəcə keçinib. Digər iki sərnişin - Rüstəmov Babək Qabil oğlu və Rüstəmov Vüsal Famil oğlu isə ağır dərəcəli xəsarətlərlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən Babək Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, qəzanın baş verməsinə «Mercedes»in sürət həddini aşması və yol hərəkət qaydalarını pozması səbəb olub.

Faktla bağlı Bərdə RPŞ-da cinayət işi başlanıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG