Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:07

Rusiya rəsmiləri mübahisəli adalara yenə səfərlər edə bilər


Rusiya rəsmiləri, o cümlədən Rusiya prezidenti mübahisəli Kuril adalarına yenə səfərlər edə bilərlər.

Bu Kremlin yaydığı son açıqlamadan məlum olur.

Yaponiyanın xarici işlər nazirini qəbul edən Rusiyanın prezident administrasiyasının rəhbəri Narışkin deyib ki, belə səfərlər cənubi Kuril adalarının sosial-iqtisadi inkişafına yönəlib.

Bir müddət qabaq Rusiya prezidenti Medvedevin Kuril adalarına səfəri Yaponiyada etirazlara səbəb olmuşdu.

Yaponiya sözügedən adaları 2-ci Dünya müharibəsində məğlub olarkən itirib, amma hələ də adaları özününkü sayır.
XS
SM
MD
LG