Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:56

Ərəb ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib


Misir və Tunisdə baş vermiş çevrilişlərdən sonra bir sıra ərəb ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Əlcəzairin paytaxtına əlavə təhlükəsizlik qüvvələri atılıb.

Müxalifət şənbə günü Paytaxt Əlcəzairdə azadlıq tələbilə nümayiş keçirməyi planlaşdırır.

Həmçinin Bəhreyində müxalifət qrupları fevralın 14-də şiə azlığının sıxışdırılmasına etiraz olaraq aksiyaya çıxmağa çağırıblar.

Küveydə isə hakimiyyət cümə namazından sonra istənilən kütləvi aksiyanı qadağan edib.

Səudiyyə Ərəbistanında isə bir qrup ictimai xadim kraldan ölkədə müxalifət partiyası yaradılmasına icazə verilməsini xahiş ediblər.
XS
SM
MD
LG