Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

Misirdə Mübarəkin getməsi hələ də bayram edilir


Misirdə prezident Hüsnü Mübarəkin istefası hələ də bayram edilir.

Hüsnü Mübarəık 18 günlük kütləvi nümayişlərdən sonra ötən cümə günü istefa verib.
Qahirənin Tahrir meydanına yığışmış sakinlərdən birinin dedikləri:

"Bu rejimin yıxlması 1-ci tələbiydi. Amma başqa tələblər də var.
Bunlar mülki hökumət və siyasi sistemin tam dəyişdirilməsidir.
Mübarəkin ketməsi bu tarixin sonu deyil.
Bu sistemin kökləri bütün ölkəyə şaxələnib, cəmiyyət son 30 ildə xərçəngə tutulmuşdu".

Hazırda Misirdə hakimiyyət hərbçilərin əlindədir.

Orduya uzun illər Mübarəkin dövründə müdafiə naziri olmuş Feld Marşal Muhammad Hussein Tantawi rəhbərlik edir.

Al Aarabiya televiziyasının məlumatına görə, ordu yaxın vaxtlarda hökuməti buraxacaq, parlamenti isə donduracaq.

ABŞ prezidenti Barak Obama hələ qarşıda xeyli çətin günlər,həll olunmamış məsələlər olduğunu bildirib, amma Misir xalqının bunların öhtəsindən gələ biləcəyinə əmin olduğunu vurğulayıb.

Misirdə baş verən çevriliş son ay ərzində ərəb ölkələrində baş verən ikinci belə hadisədir.
Bundan əvvəl Tuniş prezidenti də ölkədən qaçmalı oldu.
XS
SM
MD
LG