Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Hüsnü Mübarəkin istefası, korrupsiya ilə mübarizə və...


Mətbuat icmalı
Mətbuat icmalı
12 fevralda yerli qəzetlərin bir çoxunun manşetində Hüsnü Mübarəkin istefa verməsi xəbəri yer alıb.

«Azadlıq» qəzeti misirliləri «İlin xalqı» elan edib yazır ki, «öz xalqına qarşı mübarizədə bütün yaramaz hərbi-siyasi metodları işə salmaqdan çəkinməyən diktatoru yalnız tam 18 gün açıq meydanda dayanan, əliyalın, silahların və hərbi maşınların üstünə gedən Misir xalqının iradəsi rədd elədi».

«Ayna» qəzeti: «Mübarək getdi! Misir azaddır! Xalq şadlıq edir. Amma uzağa gedə bilməyəcək. Yığdığı 67 milyardın hesabı sorulacaq».

«Yeni Müsavat» qəzeti: «Mübarək taxtdan salındı. Qəhrəman xalq 30 ilik hakimiyyət başçısını 18 günlük dirənişdən sonra istefaya göndərdi: milyonlar meydanlarda bayram edir».

«Bizim Yol»: «Hüsnü Mübarək istefa verib ölkədən qaçdı. Diktatorun İsveçrədəki hesabları donduruldu».

Hüsnü Mübarəkin istefa xəbəri «Yeni Azərbaycan» qəzetinin 7-ci səhifəsində öz əksini tapıb. Qəzet yazır: «Mübarək istefa verib, hakimiyyət feldmarşal Təntaviyə keçib».

«Azərbaycan» qəzeti isə son səhifəsində yazır: «APA-nın məlumatına görə, Misir prezidenti Hüsnü Mübarək istefa verib».

İ. ƏLİYEV: «RÜŞVƏTXORLUĞA, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ DAHA DA CİDDİ APARILMALIDIR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev bir daha müvafiq qurumlara xəbərdarlıq edərək ölkə həyatının bütün sahələrində şəffaflığı təmin etməyə çağırıb:

«Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır...Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və müvafiq qurumlara, yerli icra hakimiyyət orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan
qaldıraq».

«BƏS DEYİRDİLƏR RÜŞVƏTİ YIĞIŞDIRIRLAR?!»

«Azadlıq» qəzeti Oğuz rayon sakinin iki nazirliyin adından dələduzluq və vətəndaşlardan rüşvət alma faktları barədə məktubunu dərc edib. Şikayətçi yazır ki, «Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin 17 saylı bölgə üzrə baş əmək müfəttişi və özünü təqdim etməyən İqtisadi İnkişaf Nazirliyinin bir əməkdaşı rayonda kiçik və orta sahibkarlardan 1500-4000 manat rüşvət tələb edir, rayonda fəaliyyət göstərən sahibkarlar sıxışdırılır, onlardan qeyri-rəsmi cərimələr alınır...».

CƏRİMƏLƏR FANTASTİK ŞƏKİLDƏ ARTIRILDI

«Bizim Yol» qəzeti yazır ki, taksi, ictimai nəqliyyat və şəhərlərarası sərnişindaşıma ilə məşğul olanları ağır sanksiyalar gözləyir. Bütün nəqliyyat vasitələrində biletsiz sərnişin daşınmasına görə sərt cərimələr tətbiq olunacaq:

«Nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçırma 5 balla qiymətləndiriləcək...

Başqa bir dəyişikliklə nəqliyyat vasitəsində - trolleybus, tramvay, avtobus və taksidə şəhərətrafı və şəhər daxilində biletsiz sərnişin daşınmasına görə 5 manatdan 15 manatadək, şəhərlərarası marşrut üzrə 15 manat, beynəlxalq marşrut üzrə avtobuslarda 30 manat, dəmiryol nəqliyyatında 5 manatdan 10 manatadək, dəniz və çay nəqliyyatında 15 manatdan 25 manatadək, hava nəqliyyatında isə 20 manatdan 40 manatadək cərimə nəzərdə tutulur.

Beynəlxalq daşımalar zamanı müvafiq dövlətin ərazisinə giriş və ya çıxış üçün sənədlərə malik olmadıqda fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 3 min manatadək cərimələnəcək...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG