Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:34
«MİSİR HADİSƏLƏRİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ QORXUDUB»

«Misir və Tunisdə baş verənlərə reaksiya kimi Azərbaycanda korrupsiya ilə guya mübarizə aparmağa başlayıblar. Bütün mümkün forumlarda, nazirliklərdə iclaslar keçirilir. Misirin hakim dairələri özləri də deyirdi ki, bütün bu hadisələr onlar üçün gözlənilməz olub. Ola bilsin ki, bizim hakimiyyət də qorxub».

Bu fikri «Qafqaz Qovşağı» verilişində «Zerkalo» qəzetinin siyasi şərhçisi Elçin Vəliyev deyib.

«Misirdəki kütləvi çıxışlar Gürcüstan üçün yenilik deyil, lakin Misirdə baş verənlər bizi narahat edir. Çünki bunlar çox kəskin hadisələrlə müşayiət oluna bilər».

«MİSİRİN İNQİLAB DALĞASI NARAHAT EDİR»

Verilişə Tbilisidən qoşulan «Avropa» Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili bu fikirdədir.

O hesab edir ki, Misirin hakim dairələr ilə xalq arasında kompromis əldə edilməsə, 80 milyonluq dövlətin xaosa sürükləndiyinin şahidi ola bilərik:

«Bu ölkədən ərəb dövlətlərinə inqilab və ya üsyan dalğası yayıla bilər. Bu isə dünya ictimaiyyətini və bizi narahat edir».

«MİSİR KÜÇƏLƏRİ İLƏ GƏZSƏYDİM, MƏN DƏ AYAĞA QALXARDIM»

Qahirə, 1 fevral 2011
Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan belə deyir. O əlavə edir ki, əhalinin acınacaqlı durumunun belə bir partlayışla nəticələnəcəyi gözlənilən idi.

A. İskandaryan Misirin gələcək taleyi ilə bağlı öz proqnozlarını da açıqlayıb:

«Üçündən biri olacaq. Birincisi, hazırkı hakimiyyətdən bir qədər zəif Misir rejimi qurulacaq. Yəni, Mübarəkin yerini hansısa şərti Süleyman tutacaq. Payızda Mübarək parlament seçkilərində «Müsəlman qardaşları»na nə isə versəydi, bu inqilab olmayacaqdı. İkincisi, Livanlaşmadır. Yəni ərazi və hakimiyyətə nəzarətin itirilməsidir ki, vahid mərkəzləşmiş hakimiyyət olmasa da, qərbin göndərdiyi pulları bölüşdürən müəyyən konsensus olacaq. Və üçüncüsü, ən dəhşətlisi, İraq nümunəsi. Qərb hətta Misirdən 7-8 dəfə kiçik olan İraqla bacarmadı...Ona görə də misirlilər pis və daha pis arasında seçim etməli olurlar. Ancaq bu, hökm deyil. Məsələn, müasir Böyük Britaniya 400 il əvvəl daha çox müasir Misirə bənzəyirdi, nəinki müasir Fransaya. Ona görə inqilabdan 2 il sonra Misirin nəinki Böyük Britaniya, hətta Çexiya olacağını gözləmək ciddi deyil...».

Şərhləri göstər

XS
SM
MD
LG