Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:46

Nokia və Microsoft smartfon bazarında imkanlarını birləşdirir


Dünyanın ən böyük mobil telefon şirkəti Nokia ilə ABŞ-ın kompyuter əməliyyat sistemləri nəhəngi Microsoft yeni nəsil smartphone aparatlarının yaradılmasında əməkdaşlığa razılaşıblar. Onlar hazırda bu bazarda üstünlük qazanan Google və Appleşirkətləri ilə rəqbətə çalışırlar.

Nokia-dan bildiriblər Microsoft-un Windows Phone proqramlarında istifadə edilməsi yeni məhsul istehsalını sürətləndirəcək.

Nokia-nın yeni baş direktoru Stephen Elop deyir ki, yeni əməkdaşlıq dünyanın bir çox ölkələrində bəzi iş yerlərinin ixtisarı ilə nəticələnəcək.

Elop özü də keçən sentyabr ayında Microsoft şirkətindən Nokia rəhbərliyinə gətirilib.

Fevralın 11-də bu iki şirkət arasında əməkdaşlıq elan edilsə də Nokia-nın səhimləri 10 faiz dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG