Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20
Misirin dövlət televiziyası fevralın 11-də prezident Hüsnü Mübarəkin istefa verdiyini elan edib.

Qahirənin Təhrir meydanında bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar 30 illik diktaturaya qalib gəldiklərinin sevincini yaşayırlar. Onlar “Misir azad oldu!” şüarları səsləndirirlər.

XALQ HAKİMİYYƏTİ İMKANI


“Çox böyük bir hadisədir. Misir xalqının həyatında həddindən artıq önəmli hadisədir. Misirin müstəqilliyini əldə etməsi qədər önəmli bir gündür”.
İsa Qəmbər


Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirdədir. O hesab edir ki, bu hadisə Misirin, regionun həyatında da, qlobal miqyasda da çox böyük dəyişikliklərə təkan verəcək:

“Dünyanın ön böyük dövlətlərindən birində, ən önəmli müsəlman dövlətlərinin birində xalq hakimiyyəti imkanı yaranıb, diktatura devrilib, hakimiyyətdən kənarlaşdırılıb. Mən bu hadisəni çox müsbət dəyərləndirirəm”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, bu istefa Hüsnü Mübarəkə qarşı barışmaz, radikal münasibətin məntiqi nəticəsidir:

HÜSNÜ MÜBARƏKİN XİDMƏTLƏRİ...


“Mən o fikirdəyəm ki, zamanında Hüsnü Mübarəkin Misir xalqı qarşısında xidmətləri yüksək olub. Lakin son zamanlar ola bilsin ki, onun idarəçiliyində ciddi problemlər yaranıb və bu idarəçilik Misir xalqının həyat şəraitində dönüşlərə gətirib çıxarmayıb, yoxsulluq artıb, işsizliyin səviyyəsi qalxıb. Beləliklə də, lidersiz bir xalq inqilabı ortaya çıxdı və Hüsnü Mübarəkin sona qədər təkidinə baxmayaraq nəhayət, istefasına səbəb oldu”.
Fəzail Ağamalı

Fəzail Ağamalı deyir ki, zaman keçəndən sonra bu hadisələrin mahiyyətini daha aydın görmək olacaq:

AXIDILAN QAN MİSİR XALQINA NƏ GƏTİRƏCƏK?


“Hər halda, mənə belə gəlir ki, Hüsnü Mübarək dövlətçilik mövqeyində dayanaraq dövlətçiliyi kütlənin, xalqın kortəbii şəkildə tələblərinə birinci andan təslim etmədi və düşünürəm ki, düzgün hərəkət elədi. Bundan sonra görək Misirdə hansı hadisələr baş verəcək, bu hadisələrin trayektoriyasını, dinamikasını, anatomiyasını izləyək, ondan sonra baxaq görək bu cür hərəkat, dövlət başçısına hakimiyyətdən getmək üçün göstərilən təkidli tələb və axıdılan qanlar Misir xalqına fəlakətlər gətirəcək, ya firavanlıq gətirəcək”.

GƏLƏCƏK XALQLARINDIR, DEMOKRATİYANINDIR


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli düşünür ki, Hüsnü Mübarəkin istefası dünyanın bütün əzilən, hüququ tapdanan, xalqları üçün bir uğurdur:
Əli Kərimli


“Dünyanın ən qəddar tiranlarından biri xalqın təzyiqi ilə hakimiyyətdən getməyə məcbur oldu. Misir xalqı gözümüzün qarşısında tarix yazdı. Növbəti dəfə xalqın ən böyük güc olduğunu, ən qəddar tiranlara da qalib olmaq iqtidarında olduğunu sübut elədi. İnanıram ki, Misir xalqının qələbəsi dünyada bütövlükdə demokratikləşmə prosesinə ciddi təkan verəcək. Növbəti dəfə sübut olundu ki, heç bir diktaturanın, avtoritar rejimin perspektivi yoxdur, gələcək xalqlarındır, demokratiyanındır”.

MƏQALƏNİ FORUMDA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG