Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22

Pakistan polisi ABŞ vətəndaşının iki sakini qəsdən öldürdüyünü deyir


Pakistan polisi bildirib ki, keçən ay iki yerli sakini öldürən ABŞ vətəndaşı heç də iddia edildiyi kimi yalnız özünü müdafiə etmək istəyərkən törətməyib.

İki ölkə arasında gərginlik yaranmasına baxmayaraq Pakistanda məhkəmə fevralın 11-də həmin qətldə ittiham olunan ABŞ vətəndaşının həbs müddətini daha 14 gün uzadıb. Məhkəmə qeyd edib ki, Vaşinqtonun dediyi kimi tutual adamın diplomatik toxunulmazlıq hüququnun olub-olmadığını da araşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG