Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Misirin silahlı qüvvələri hakimiyyətin tədricən ötürülməsi planını dəstəkləyir


Misirin silahlı qüvvələrinin komandanlığı prezident Hüsnü Mübarəkin hakimiyyətin tədricən ötürülməsi planını dəstəkləyib. Ali hərbi şuranın bəyanatında deyilir ki, Misir ordusu sentyabrda keçiriləcək ədalətli və şəffaf prezident seçkilərinin qarantı olacaq.

Hərbçilər etiraz aksiyasının iştirakçılarını “normal həyata qayıtmağa” çağırıblar.

Dünən Misir prezidenti Hüsnü Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana ötürdüyünü və konstitusiya islahatlarına başlandığını elan edib.

Paytaxt Qahirədə toplaşan nümayişçilər isə Mübarəkin istefasını tələb etməkdə davam edir. Bu gün prezident sarayına yürüş nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG