Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Cəfər Bozorgəmin: Çağdaş Güney Azərbaycan poeziyasının tənqidi


CƏFƏR BOZORGƏMİN

Hər öncədən öncə

Güney Azərbaycan poeziyası, sürgün poeziyadır

Güney Azərbaycan ədəbiyyatı, sürgün ədəbiyyatdır

Güney Azərbaycan kültürü, sürgün kültürdür

Güney Azərbaycan kimliyi, sürgün kimlikdir

Güney Azərbaycan ulusu, sürgün ulusdur


Bu qat-qat sürgünlük illər boyu Pəhləvi, Fars rejiminin rasisti siyasətindən dolayı kültürəl- kimliksəl assimliyasiya siyasətindən sona çatmışdır daha doğrusu.

Nə isə, Bu acımasız yaramazlıqlara baxmayaraq, Azərbaycan şeir və ədəbiyyatı dərin, geniş tarix və kültürdən köklənərək, ərdəmli igid ədəbiyyatçılarımızın dirəniş və qorumaları üzərindən özünü hər çeşid yaramazlığa qarşı qoruyub saxlaya bilmişdir. Azərbaycan poeziyası çeşidli dönəmləri və təcrübələri yaşayıb bu günkü duruma gəlib çatmışdır :

1. divan şeiri

2. aşıq söyü

3. Dədə Qorquddakı sərbəst formada yazılan şeirlər

4. Bu günkü durumda çağdaş şeir forması (bunun içində modern və postmodern şeir izləri səksəninci onillikdə görünməkdədir).

Divan şeiri və aşıq söyündən ötdükdə (ayrıca kitabda onlara tənqidi baxışım olmuşdur), Güney Azərbaycan çağdaş şeiri (bu yüz ilin içərisində) sürgün mahiyyətli olaraq basqılı bir həyat yaşadığında, forma, dil və şeiriyyətdən öncə dirəniş, döyüş, baş qaldırma, özləm, ayrılıq və kimlik kimi məzmunlar önəmsənmişdir.

Bu üzdən dil və şeir bir mədəni-siyasi vasitə və silah kimi işlənib, şeirlər məhz şeir olmadan, çoxlu görəvli janr ədəbiyyatı karakteri tapmış, sloqançılığa yönəlmişdir.

Şairlərin baxışları xüsusi, daxili və anlamlar açıqcasına ifadə olunmuşdur.

Nə isə, səksəninci on illikdə avanqard gənc şairlərimiz tam maneləri pozub, şeirdə şeiriyyəti, normal dil quruluşunu pozmaq, forma və yapını önəmsəməyə və hətta yapı- sökümcülüyə başlayıb dünya şeir və ədəbiyyatlarla ayaqlaşmağa çalışmışlardır. (daxili və anlamı unutmadan).

Hər halda bugun şeir və ədəbiyyatımız dünya şeir və ədəbiyyatıyla ayaqlaşa bilməsə də özünə görə gəlişmiş və irəli sürməkdədır.

Giriş

Çağdaş termini və çağdaş ədəbiyyatı nə deməkdir?


Çağdaş ya muasir termini, luğətcə və ilkin anlamda bir çağda yaşamaq anlamını daşıyır.

O çağda yaşayan şair və yazarların əsərlərinin ədəbi və estetika xarakteri deyil, yalnız bir çağda yaşadıqları zaman önəmsənir.

Nə isə, çağdaş ədəbiyyatı deyiləndə, yaşadığımız çağın ya dövrün ədəbiyyatı, ədəbi axımı amaclanır və mövzu çağdaşın ilkin anlamıyla tam fərqlənir.

Örnək olaraq Azərbaycanın çağdaş ədəbiyyatı məşrutə inqilabından köklənib başlanaraq, o çağdan qavranan duyğu, düşüncə,o çağ insanının yaşamı, toplumsal və pisixoloji durumunun, ədəbiyyatda görünməsi önəmsənir.

Məsələn, çağdaş şeiri və ədəbiyyatı deyiləndə, Şəhriyar (klassik farsca və türkcə qəzəl yazan şair, Həbib Sahir, Səhənd, Vahid, Səməd Vurğun, Zəlimxan, Ramiz Rövşən, Bəxtiyar Vahabzadə və hətta avanqard alatorançılar və... başqaları yan-yana sıralanır (bunların əsərlərinin tam başqa- başqa xarakter və mahiyyətini göz önünə alaraq).

Çağdaş şeir dünya romantizm axımından köklənib qidalanmışdır və modern şeirin başlanışı və ilk addımı olmuşdur.

* İran və Azərbaycanda çağdaş, yeni və sərbəst şeirin başlanğıcı :

Fars ədəbiyyatının insaflı və gerçəkçi araşdırıcısı ustad Şəms Ləngərüdi "yeni şeirin araşdırma tarixi" əsərində yeni şeiri belə açıqlayır:

"vəzn, qafiyə, imaj, təlmihlər və kinayələ kimi ədəbi sənət və bəzəklərdən özgür olmuş şeirlərə yeni şeir deyilir"

O yazır:

-"İranda zərurəti olan, ən lazım, öncül və yol göstərici olan yeni şeirin başlanışı Məşrutə inqilabındadır".

Məhəmmədhüseyn Şəhriyar
İranda ilk yeni şeiri Əbulqasim Lahuti (on il Taği Rəfətdən öncə) 1910-cu ildə yazmışdır.

İranın yeni fars şeirinin banisi olan Nimadan öncə başlayanlar azərbaycanlı olan: Taği Rəfət, Şəms Kəsmayi və Cəfər Xamnəyi olmuşlar daha doğrusu, Azərbaycan şeirini çağdaşlaşdıranlar: Rəsul Rza və Həbib Sair olmuşlar.

Maraqlısı, Azərbaycanın orta çağda, 13-cu əsrdə türkcə sərbəst formada şeiri olmuşdur.

Dədə Qorqud boylarının şeirləri vəzn, qafiyə və heca üzündən başqa boyların şeirlərilə tam fərqlənır. Bu şeirlərin quruluşu sərbəst şeirə yönələrək onlarda duyğu, dilək və istəklər saxtalıqla deyil, doğma və doğallıqla ifadə olunmuşlar.

Kitabi Dədə Qorqud, M. Fərzandən bir iki örnəgi dinləyək :

cağnam-cağnam qayalardan çıxan su
ağac gəmiləri oynadan su
Həsənlə Hüseynin həsrəti su
bağ və bostanın zinəti su
Ayişəylə Fatimənin nikahi su

salxım- salxım dan yelləri əsdiyində
saqqallı bozac torğay sayradıqda
saqqallı uzun tat əri banladıqda
bədoy atlar iyəsini görüb uqradıqda
ağlı-qərəlı seçilən çağda


Göründüyü kimi sərbəst qalıbda, sərbəst biçimdə və xalqın gündəm dilində yazılmış şeirlərdir.

Duyğu, məzmun doğallıqla sözcük birləşimindən doğan doğal musiqi və ritmilə ifadə olunmuşdur.

Qafiyə varsa, bilməyərəkdən şirin içərik, anlamı və duyğusundan dolayi gərəkən yerlərdə işlənmişdir.

Dədə Qorqud boylarında belə sərbəst formada yazılan şeirlərlə bol-bol qarşılaşırıq.

***

Güneydə şeirimizi çağdaşlaşdıran Həbib Sahirin şeirindən söhbət açdıqda (ona özəl tənqidi yazım var, 40-cı illərdə Əlirza Nabdil (Oxtay) və Üskülü Mərziyə Əhmədinin sərbəst şeirlərinə rast gəlirik.

Özəlliklə Oxtayın şeiri Azərbaycanın nütfədə boğmuş modern şeiridir daha doğrusu. Sonralar özəlliklə 1357-ci günəş ilinin (1978) devrimindən sonra bir dövr folklor və aşıq söyü və qəzəl formalarında ideologiya və selogan içəriklər üstünlüyündən və daha doğrusu bir dövr boşluqdan sonra, 1370-ci illərdə (1991) bir sıra sərbəst və azad qalıbda (vəzinli və vəzinsiz) yazan şairlərlə qarşılaşırıq.

Bu sıradakı şairlərin şeir doğrusu dünya modern sərbəst şeir biçim, yapı, səbk və estetikasıyla uyğun olmadıqda , çağdaş xarekterini daşıyır.

Bu şairlər ilk nəsillə indiki gənc şairlərin arasında bir körpu rolu oynamışdırlar.

Bu sıranın tanınmışları :
Səhər xanım, Nigar Xiyavi, Nasir Merqati, Nasir Davəran, Hadi Qaraçay, İsmayıl Mədədi (ülkər), Kiyan Xiyav, Vale Gözətən, Nadir Əzhəri, Saleh Ətayi və bunların hamısından fərqlənən və seçilən Süleyman oğlu və s...olmuşlar.

Nə isə, bu son on illikdə avanqard nəfəsli və həvəsli meydana çıxan gənc şairlərimiz tam enerji ilə özlərindən öncəki nəsillərdən fərqili avanqard (ifrat-təfritlə yanaşı) şeir yazmağa qalxmışlar.

Bu sıra gənclərdən: Duman Ərdəm, Sayman Aruz (Saman Həsənzadə), Səid Muğanlı, Aydın Araz, Ziba Kərbasi, Turkan Urmulu, Elvar Qulivənd, Ramin Cahangirzadə, və s..... ad aparmaq olar.

Gənc şeirimiz ilk addımlarında olduğuna baxmayaraq, şübhəsiz durğunluq, əskilik, məzmunçuluq və sloqançılıq kimi maneləri pozmaları aydın bir gerçəkdir.

Onların bu avangard hərəkət¬lərini (çatışmamazlıqlarıyla yanaşı) yeni bir olay kimi şeirimizdə dəyərləndirmək heç də yersiz olmazdır məncə.

Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üs-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şuarçılıq və ögüd- xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsinməsi, ərdi və özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şəri fəza və estetikasından qırılmaq, modern, postmodern şeir estetika izlərinin görünməsi olmuşdur.

Bu gün şeirimizin gəlişməsi və uğur qazanması aydın bir gerçəkdir.

Söz qonusu şeirimizdə baş vermiş bu olayın necəliyini, xarakterini və estetika durumunu şairlərimizin şeirlərində ədəbi tənqid açısından araşdırıb, açıqlamaqdır.

Ədəbi toplumumuzda professional ədəbi tənqidçi boşuluğunda, Azərbaycan şeiri jurnalisti şeir durumuna gəlib çatmışdır (tənqid boşluğunda şeir).

Bu gün şeirimizin qarmaqarışıq durumu: ifrat-təfrit(bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarşızmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır.

Şeir topluları! Dönə-dönə çapdan buraxılıb yayınlanırlar və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Bu üzdən professional ədəbiyyatımızda yarana bilməmişdir.

Bu əsərlərə yazılan mətnlər Sonunda ədəbi və estetiksəl tənqidlərə deyil, özəl baxışlar, yorumlar, anlam oxunuşları, dayaz araşdırmalar və bunlardan dolayı yersiz öymə-sevmələr ya çırpmalar olmuşlar.

Bu son illərdə şeirimizdə baş vermiş maraqlı və uğurlu olaylara baxmayaraq şeirimizin hələ dünya şeirilə ayaqlaşa bilmədyini açıqlamaq zorundayam.

Bu bir acı gerçək olursada, əl-qolumuzu soyutmadan və sustaltmadan, professional ədəbiyyatımızı yaratmağa ciddilşədirməlidir, bizi daha doğrusu.

Çağdaş şeirimizin xarakter və özəlliklərini yekunlaşdırım artıq :

1- Çağdaş şeirimiz dil şeiri deyil. Şeirimizdə dil hələ bir araç kimi şairin duyğu və düşüncəsini oxucuya köçürməyə işlənilir. Şairlərimizin şeirində şeir olayı dildən eşik baş verir, şairlərimiz dilin içinə girəbilməmiş, özlərinə özəl dil oyunları və yeni bir nəhv qazana bilməmişlər bura kimi. Bu üzdən şeirimiz dil-amac deyil, imgə amac və dil-araçdır hələ.

2- Çağdaş şeirimiz modern fəlsəfə və düşüncə daşımadan gənəlliklə dayaz məzmunlar şeiridir

3- Çağdaş şeirimiz yazar və müəllifin mətnə olan üstünlüyündən sərbəst ola bilməmişdir.

4- Çağdaş şeirimizdə mətnlər şeirsəl deyil, məqaləvi nəsrlərdir.

5-Çağdaş şeirimizdə rəvayətlər bütün gənəl və çizgisəldir.

6- Çağdaş şeirimiz polifonik (neçə səsli) deyil, artıq monofonikdir

7- Çağdaş şeirimiz romantika- nostalgiyalardan qırıla bilməmişdir

8- Çağdaş şeirimizdə forma, dil və şeiriyyətdən öncə içərik və anlam önəmsənir.

9- Çağdaş şeirimiz ərəbcə quruluşdan və sözcüklərdən hələki arınmamışdır.

dayaq.org

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG