Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:21

Tovuzun süd emalı zavodunda 130 nəfər işləyəcək


Tovuzda yeni istifadəyə verilmiş süd emalı zavodunda 130 nəfər işləyəcək

Hazırda sutkada 20 ton emal gücü olan müəssisə yaxın vaxtlarda gün ərzində 40 ton süd emal edəcək.

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisindəki süd emalı zavodu “Gilan Holdinq”in sifarişi ilə tikilib və istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir.

Tovuz rayon icar hakimiyyətinin başçısının müavini Niftalı Qasımov deyib ki, müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcək.

Zavodu südlə təmin etmək üçün ətraf kəndlərdə soyuducu kameralarla təchiz olunmuş 6 qəbul məntəqəsi təşkil edilib. Müəssisənin satış şəbəkəsi və müasir laboratoriyası da yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG