Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28

İraqda yüzlərlə hüquqşünas etiraz aksiyası keçirib


İraq şəhərlərində yüzlərlə hüquqşünas etiraz aksiyası keçirib, korrupsiya və işsizliyə etiraz ediblər.

Tunis və Misir hadisələrindən ruhlanan hüquqşünaslar paytaxt Bağdadda həmçinin “məxfi həbsxanaların” açılması və məhbuslara hüquqi yardım üçün imkan yaradılmasını tələb ediblər.

Hüquq müdafiəçiləri hesab edir ki, İraqın təhlükəsizlik qüvvələrinin məxfi həbsxanaları var, bu həbsxanalarda saxlanan məhbuslara işgəncə verilir, vəkillə təmin edilmirlər. Hökumət bu cür həbsxanaların olmasını inkar edir.

Bəsrə, Kərbalaq, Kut, Ramadi və Amara şəhərlərində vəkillər elektrik çatışmazlığına da etiraz edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG