Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Xarici ölkələrdə alınan sürücülük vəsiqəsindən Azərbaycanda 1 il yararlanmaq olar


Xarici ölkələrdə sürücülük vəsiqəsi almış vətəndaşlar Azərbaycan ərazisində 1 ildən sonra yenidən bu sənədi almalıdırlar.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələrinin Azərbaycan ərazisində etibarlılıq müddəti 1 ildir.

Şöbə rəisi deyib ki bu müddət başa çatdıqdan sonra yenidən sürücülük vəsiqəsi almalıdırlar.
Əliyevin sözlərinə görə, əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycana köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər.

"Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və
sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər", - şöbə rəisi vurğulayıb.
XS
SM
MD
LG