Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

İ. Əliyev: «Elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək»


«Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunmalıdır». Bunu fevralın 9-da Samux rayonunda ictimaiyyət nümayəndələri ilə görüşdə prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, qərb zonası çox uğurla inkişaf edir. Ancaq əlavə edib ki, elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək.

«Artıq bu yolda çox böyük uğurlara nail olunduğunu» deyən prezident hazırda bitkiçilikdə və quşçuluq sənayesində Azərbaycanı təmin etmək imkanlarının təxminən 70 faiz səviyyəsində olduğunu bildirib. «Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, Azərbaycanın 100 faiz, yaxud da 90-95 faiz təmin edir».

İlham Əliyev deyib ki, çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. «Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır».
XS
SM
MD
LG