Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

Rail Rzayevin qətlə yetirilməsindən iki il keçdi


Fevralın 11-də Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən iki il ötür.

Rail Rzayev 2 il əvvəl evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Generalın qətlindən iki il keçməsinə baxmayaraq, cinayət işinin istintaqında irəliləyiş yoxdur.

Hadisə baş verəndən bir müddət sonra Baş prokuror Zakir Qaralov Rail Rzayevin qətlindən sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirmişdi. Bu faktla bağlı generalın köməkçisi Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG