Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Nazir Əli Abbasov: «Azərbaycanda rouminq tarifləri hələ də yüksəkdir»


Rouminq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır

Rouminq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən razı deyil.

Bunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.

«Azərbaycandakı rouminq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşür. Rouminq tarifləri hazırda yüksəkdir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır», - deyə nazir vurğulayıb.

Ə.Abbasov əlavə edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılıdır və bu məsələ xarici operatorlarla aparılan danışıqlar nəticəsində həll olunur. Bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək. /APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG