Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

İranın müxalifət lideri ev dustaqlığındadır


İranın müxalifət lideri Mahdi Karroubi ev dustaqlığındadır. Buna səbəb onun Misirdə hökumət əleyhinə nümayişlərə dəstək olaraq mitinq çağırışları etməsi olub. Bu barədə onun internet səhifəsində məlumat yerləşdirilib.

Yaxınlarına Mahdi Karroubi ilə görüşə icazə verilmir.

Karroubi və digər müxalifət lideri Mir Hossein Mousavi fevralın 14-də Misir və Tunisdəki aksiyalara dəstək olaraq mitinq keçirməyə icazə istəmişdi. Hökumət mitinqə icazə verməyib, mitinqin siyasi məqsəd daşıdığını deyib.
XS
SM
MD
LG