Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:53

Misir dövlət mediası hökumətin tənqidinə başlayıb


Leila Fadel and Ernesto Londono
«Washington Post»


Bir neçə gündür ki, Misir dövlət mediasında işləyən jurnalistlərin üsyanı müşahidə olunur: Onlar hökumətin fəaliyyəti barədə hakimiyyətin xoşuna gəlməyən xəbərləri də yaymağa başlayıblar.

Bu, hakimiyyətin zəifləməsinimi göstərir, ya hökumətin mediaya təzyiqi azaltmaq qərarının nəticəsidir?

Dövlət televiziyası və qəzetləri başlanğıcda Hüsnü Mübarəkə qarşı kütləvi nümayişləri işıqlandırmadılar. Yanvarın 25-dən başlayan siyasi böhrandan sonra hadisələrin gedişindən xəbərdar olmaq üçün əhalinin əksəriyyəti Əl-Cəzirə televiziyasının və digər müstəqil Misir qəzetlərindən və sosial şəbəkələrdən məlumat alırdılar.

Dövlət televiziyasında birinci ledinin bağından reportaj

Mübarəkin 30 illik hakimiyyətinə etirazlar güclənəndən sonra dövlət televiziyası birinci ledinin bağından reportaj verdi və nümayişləri dayandırmaq üçün etirazçılara yalvaran kişi və qadınları göstərdi.

Tahrir meydanına toplaşan etirazçılar dövlət mediasını «yalançılar» adlandırmağa başlamışdı.

Hüsnü Mübarəkə qarşı etirazlar zamanı ötən həftə Tahrir meydanında minlərlə yaralı ilə müşahidə olunan toqquşmada «Al-Ahram» qəzeti sayı şişirdərək xəbər verirdi ki, küçələrdə milyonlarla hökumət tərəfdarının qanı axır. Dövlət televiziyası Mübarək əleydarlarını «təxribatçılar» adlandırır və xarici qüvvələri stabilliyi pozmaq istəməsində ittiham edirdi.

Qahirədəki Amerika Universitetində jurnalistika və ictimai əlaqələr proqramının təmsilçisi Rahsa Abdulla deyir ki, Misir mediası obyektiv davranmırdı:
- «İlk 10 gün ərzində Misir mediasının fəaliyyəti utandırıcı idi. Elə görünürdü ki, onlar başqa planetdə yaşayırlar».

Hökumətə yarınan jurnalistlər hələ də qalır

Amma bu günlərdə dövlət mediası xəbərlərinin mətnində və obyektində dəyişiklik başlayıb.

«Al-Ahram»da jurnalistlər idarəetmədən narazılıqlarını bildirən ərizəni imzalayandan sonra baş redaktor Omar Saraya onun tonunu dəyişib. Hökumətə yaxınlığı və loyallığı ilə tanınan Omar Saraya birinci səhifədə hökumətin konstitusiya və qanunverici islahatlara gedəcəyini inandırmağa çalışan tərif dolu yazı dərc edib.

Jurnalistlərin etirazı

İki əməkdaşın Nil televiziyasını tərk etməsindən sonra müxbir Reem Nour oz müdiri ilə görüşüb və ona deyib ki, senzuraya dözmək istəməzdi. Ötən həftə Nour bildirib ki, o, Mübarək əleyhdarlarını olduğu kimi təsvir edə bilməzsə, onda reportaj hazırlamayacaq.

22 yaşlı müxbirin sözlərinə görə, o, xəbər redaktoruna bildirib ki, adamlar onlara gülürlər:
- Mənə dedi ki, get reportaj hazırla. Fevralın 7-də ilk dəfə tamaşaçılara dedik ki, etirazçılar Mübarəkin istefasını tələb edir. Burda dəyişiklik vardı. Dəyişiklik başlayıb, çünki Mİsir inqilabdan sonra dəyişikliyə doğru gedir.
İğtişaşlarda hökumət qüvvələri aralarında dövlət mediasının da təmsilçiləri olan jurnalistləri dairəyə alan zaman «Al-Ahram»ın iki reportyoru öldürüləndən sonra jurnalistlərə qarşı təzyiq səngiməyə başlayıb.

Bəziləri Tahrir meydanındakı etirazçılara qoşulub. Onlar söz və ifadə azadlığı istəyirlər. Bəziləri öz rəhbərlərinin yanına qayıdıb.

Amma dəyişiklik təkcə bununla yekunlaşmır. Jurnalistlər deyİrlər ki, son günlər məmurlar daha səmimi danışırlar.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG