Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

Semneby Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semneby ATƏT və Avropa Birliyinin regionda iştirakını artırmağa çağırıb.

O belə bir bəyanatla ATƏT-n daimi şurasının Vyanada keçirilən iclasında çıxış edib.

Semneby qeyd edib ki, Cənubi Qafqazdakı həll edilməmiş münaqişələr regionun sabitliyinə birbaşa təhlükə olaraq qalır.

O, xüsusilə Dağlıq Qarabağdakı vəziyyətın ciddi narahatlıq doğurduşunu vurğulayıb və atəşkəs regimini gücləndirməyə çağırıb.

Peter Semnebi qeyd edib ki, beynəlxalq iştirakçılar regionun sabitliyi və münaqişələrin həllində öhtəliklərinə tam sadiq qalmalıdırlar.

ATƏT-in Gürcüstandakı misiyası 2009-cu ilin iyunundan bağlanıb və təşkilata üzv ölkələr hələlik missiyanın mandatının uzadılmasıyla bağlı bir araya gələ bilməyiblər.
XS
SM
MD
LG