Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

Gəncənin «Xan bağı» mədəniyyət və istirahət parkı istifadəyə verildi


Fevralın 9-da Gəncədə səfərdə olan prezident İlham Əliyev parkın açılışını edib.

Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib.

Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub.

Xalq Şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəmə salınıb.

Parkın əsaslı təmiri üçün 2 milyon manat vəsait ayrılmışdı. Təmir işləri ötən ilin may aylarından başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG