Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Yaponiyalı nazir: “Moskva cənubi Kuril adalarına iddia edə bilməz”



Yaponiyanın xarici işlər nazir Seiji Maehara bu gün deyib ki, Moskvanın bu yaxında getdikcə artan davranışına baxmayaraq, Rusiyanın mübahisəli adaları tutmaq hüququ yoxdur. Seiji Maehara deyib ki, baxmayaraq, Rusiya öz liderlərini adalara göndərir və ya onu müdafiə edir, beynəlxalq qanunlara görə bu ərazilərə iddia edə bilməz.

İkinci dünya müharibəsinin sonunda sovet əsgərləri cənubi Kuril adalarını tutmuşdu. Fevralın 9-da Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, onlar adaların müdafiəsi üşün ora silah resursu göndərə bilərlər.

Maehara sabah Moskvaya dörd günlük səfərə gəlir. Səfərdə məqsəd kimi iqtisadi əməkdaşlığın müzakirəsi göstərilsə də, gözlənir ki, əsas məqsəd adalarla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG