Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Nəqliyyat müfəttişlərinə cinayət işi açıldı


İstintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb

İstintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb

Sürücülərə zor tətbiq edən 6 nəqliyyat müfəttişi barəsində cinayət işi açılıb.

Bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, «Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyinin dörd əməkdaşı - Taleh Əliyev, Elnur Möhbaliyev, Nazim QurbanovTariyel Hümbətəliyev fevralın 1-də Firudin Cəfərovun idarə etdiyi yük avtomaşınını saxlayaraq əmtəə-nəqliyyat qaiməsinin olub-olmamasını yoxlamaq istəyiblər. Onlar bu yoxlamanı özlərini təqdim etmədən aparıblar. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini alıb özü ilə aparmaq istəyəndə, avtomaşının sahibi Firudin Cəfərov buna etiraz edib. Bu zaman nəqliyyat müfəttişləri ona zor tətbiq edərək sürücüyə bədən xəsarətləri yetiriblər.

Bundan başqa, həmin gün «Bakısərnişinnəqliyyat» MMC-nin nəzarətçisi Taleh Mirzəyev və müfəttiş Sahib Məmmədov sürücü Qalib Hümmətovu Heydər Əliyev prospektində saxlayaraq ona bədən xəsarətləri yetiriblər. Bundan sonra avtomaşının nömrə nişanını və qeydiyyat sənədlərini də özləri ilə aparıblar.

Məlumatda bildirilir ki, həmin şəxslər xidməti səlahiyyətlərini aşıblar. Onların qanun pozuntusuna yol vermiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını açmaq, sürücülərin və nəqliyyat vasitələrinin sənədlərini almaq səlahiyyəti yoxdur.

Fevralın 8-də hər iki qurumun əməkdaşları barəsində Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi aşılıb.

İstintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG