Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:25

Almaniya kansleri şahid ifadəsi verəcək


Almaniya kansleri Angela Merkelin bu gün parlament tədqiqatında şahid kimi ifadə verməsi nəzərdə tutur. Tədqiqat 2009-cu ildə Taliban əleyhinə aparılmış hava hücumu ilə bağlıdır. Həmin hücum zamanı Əfqanıstanın mülki şəxsləri ölmüşdü.

Ölkənin Kunduz şəhəri yaxınlığında Talibanın iki yanacaq tankerini oğurlamasından sonra Almaniya komandanlığı hücum əmri verib və bu əməlliyatın nəticəsində 142 adam ölüb. Onların çoxu yerli mülki əhali olub.
XS
SM
MD
LG