Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

Rusiya Cənubi Kurilin təhlükəsizliyini gücləndirir


Rusiya prezidenti Dimitri Medvedev Cənubi Kuril silsiləsində lazımi silahlar yerləşdirməklə adaların təhlükəsizliyinin təmin edilməsini göstəriş verib.

Prezident həmçinin hökuməti Kurilin sosial-iqtisadi təlabatını müəyyən etmək və lazım gəlsə adaların inkişafına əlavə vəsait ayırmağa çağırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi bundan əvvəl bir daha Cənubi Kuril adalarının Rusiyanın tərkib hissəsi olduğunu bəyan edib.

Rusiya prezidentinin ötən ilin sonunda Cənubi Kuril adalarından birinə səfəri Yaponiya ilə Rusiya arasındakı münasibətləri gərginləşdirib.

Yaponiya bu adaları özünün şimal ərazisi hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG