Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:28
«Hərənin bir düşüncəsi, hərənin bir yanaşması var. Əgər biz orda Lukaşenkonu dəstəkləmişiksə, deməli bu hər bir millət vəkilinin öz mövqeyidir».
Bu fikirləri AzadlıqRadiosuna Azərbaycanın AŞPA-dakı numayəndə heyyətinin üzvü, millət vəkili Rovşən Rzayev deyib.

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Belarusda parlament seçkiləri nəticəsində yaranan vəziyyəti- yəni Prezident Aleksandr Lukaşenkonun hərəkətlərini pisləyən qətnamə səsə qoyulmuşdu. 90 nəfər bu qətnamənin leyhinə səs verdiyi halda Azərbaycanı təmsil edən 3 nəfər onun əleyhinə- yəni Lukaşenkonun xeyirinə səs verib.

Qrupun bütövlükdə Lukaşenkonu dəstəkləməsinin hansı baxımdan Azərbaycan üçün sərfəli olması sualımıza gəlincə, Rövşən Rzayev bununla bağlı geniş fikir söyləyə bilməyəcəyini deyir.

AŞPA-nın veb saytındakı həmin səsvermənin nəticələrinə görə, Belarusdakı vəziyyəti pisləyən qətnamənin əleyhinə Azərbaycan nümayəndə heyətindən başqa daha 6 nəfər səc verib.Rusiya kommunistlərinin lideri Gennadi Züqanov da daxil olmaqla 5 Rusiya nümayəndəsi və 1 Ermənistan təmsilçisi.

Səsvermənin ümumi nəticəsinə görə bu sənəd 90 leyhinə, 9 nəfərsə əleyhinə olmaqla qəbul eüdilib. 3 nəfər bitərəf qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG