Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Naxçıvanda baş verənlər Azərbaycanın keçmişidir, yoxsa gələcəyi?


Sentyabrın 22-də Naxçıvanda 70 yaşlı Ələsgər İsmayılov həbs edilib və polis onu Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilib. Sentyabrın 23-də isə «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev polisin zorakılığına məruz qalıb. Hazırda müxbir azad edilsə də, özü də ixtisasca həkim olan 70 yaşlı Ələsgər İsmayılovun hələ də Dispanserdə saxlanması barədə məlumatlar var.

Bundan savayı, Muxtar Respublika rəhbərliyi büdcə təşkilatlarında işləyən şəxsləri-müəllimləri, həkimləri və s.-ni həftə sonu məcburi qayda da iməciliyə çıxarır.

Naxçıvanda baş verən bu hadisələr Azərbaycanın başqa bölgələrinə, o cümlədən də Bakıya da yayıla bilərmi? Yoxsa, bu cür idarə üsulu artıq Azərbaycan üçün bir tarixdir. Yəni, Naxçıvanda baş verənlər Azərbaycanın keçmişidir, yoxsa gələcəyi?

Fikirlərinizi forumda qeyd edin. Səsiniz «Azadlıq» radiosundan eşidiləcək!

XS
SM
MD
LG