Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

Maykl Cekson vəfat edib. Sizin onun haqda fikirlərinizi bilmək maraqlı olardı


Maykl Cekson vəfat edib.

O, ötən əsrin 80-ci illərdə «pop musiqinin kralı» hesab edilirdi. Onun 1982-ci ildə çıxan «Triller» albomu 26 milyon nüsxədə yayılıb. Bu, indiyə qədər rekord olaraq qalır.

O, səhnədə coşqun hərəkətləri, qəribə yüksək səsi və kəskin qışqırıqları ilə fərqlənirdi. İllər keçdikcə onun sifəti plastik əməliyyatlar nəticəsində dəyişir, dərisi ağarır, burunu nazikləşirdi. Səhnədən kənarda utancaq və aciz olan Maykl sifətinin yarısını örtən eynək, qastrollar zamanı isə maska taxırdı. Çünki o, mikroblardan qorxurdu.

Öz rançosunda tam təcrid şəraitində yaşayır, əsasən yalnız uşaqlarla danışır, onları evinə qonaq çağırırdı. Onu hətta uşağı pis yola çəkmək cəhdində də günahlandırırdılar.

Amerikada Maykl Ceksonun şan-şöhrəti yox oldu, amma Avropada o kral olaraq qalırdı və son vaxtlar səhnəyə qayıtmaq və Londonda 50 konsert vermək üçün məşq edirdi.

Sizin Maykl Ceksona haqda fikirlərinizi bilmək maraqlı olardı.
XS
SM
MD
LG