Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

Qənimət Zahid həbs olundu. Mövzunu şərh edin


Noyabrın 11-də məhkəmə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki aylığa həbs olunması barədə qərar çıxarıb. İstintaq nəticəsində baş redaktora qarşı ittihamlar sübut edilərsə, o, altı ilə qədər azadlıqdan məhrum edilə bilər.

Noyabrın 7-də Qənimət Zahid iş yerinə - «Azərbaycan» Nəşriyyatının binasına daxil olarkən, bir qadının təxribatına məruz qaldığını deyib. Baş redaktor bildirib ki, binanın girişində bir qadın onu təhqir edib, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan isə jurnalistə hücum edərək, onun qadına sataşdığını deyib.

Polis bu hadisəyə görə həmin cavan oğlanın şikayət etdiyini, baş redaktorun da bu şikayət əsasında saxlandığını bildirir.

Hazırda Azərbaycanda 8 jurnalist həbsdədir.

Mövzunu şərh edin. Səsiniz «Azadlıq» radiosundan eşidiləcək!

XS
SM
MD
LG