Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

İlham Əliyevin Corc Buşla görüşü gözlənir


Səfər Ağ Evin dəvəti ilə həyata keçirilir

Aprelin sonlarında Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri gözlənilir. Bu barədə «Azadlıq» radiosuna diplomatik mənbələrdən məlumat daxil olub. Bu, İlham Əliyevin 2003-cü il prezident seçkisindən sonra, dövlət başçısı kimi Vaşinqtona ilk səfəri olacaq. Səfər Ağ Evin dəvəti ilə həyata keçirilir.

Vaşinqtonda İlham Əliyev ABŞ prezidenti Corc Buşla görüşəcək.

Gözlənilir ki, prezident İlham Əliyevin ABŞ-a səfərinin detalları Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri zamanı müzakirə olunacaq.

Aprelin 7-də Elmar Məmmədyarov amerikalı həmkarı, Dövlət katibi Kondaliza Raysla görüşəcək. Xarici İşlər naziri Konqresin İnsan Haqları üzrə Helsinki Komissiyasının həmsədri, senator Sam Braunbaklə də bir araya gələcək. Elə həmin gün cənab Məmmədyarov Vaşinqtondakı Hertage Fondunda «Azərbaycanın xarici siyasətinin sınaqları» mövzusunda mərüzə ilə çıxış edəcək.

XS
SM
MD
LG