Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

İran səfirliyi qarşısında aksiyalar olub


Milli Demokrat (Bozqurd) Partiyasının aksiyası

Milli Demokrat (Bozqurd) Partiyasının aksiyası

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi qarşısında iki dəfə aksiya keçirilib.

Səhər saat 11-də Beynəlxalq Diaspor Mərkəzi saat 13:00-da isə Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının aksiyası olub. Hər iki aksiyada saxlananlar var.

Aksiyalara səbəb İranın yüksək dövlət məmurları və din xadimlərinin Azərbaycana qarşı çıxışları olub. Eləcə də İranla Ermənistanın münasibətlərinin möhkəmlənməsinə etiraz edilib.

Beynəlxalq Diaspor Mərkəzinin təmsilçiləri qətnaməni İran səfirliyinə təqdim etmək istəsələr də, səfirlik qapılarını açmayıb. Aksiyada 4 fəal polis tərəfindən saxlanıb, bir nəfərin isə səhhəti pisləşdiyi üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının aksiyası zamanı «Əhmədinejad şaşırma, səbrimizi daşırma! », «Fars şovinizminə ar olsun!», «Azərbaycana qarşı təxribatlara son qoyulsun!» şüarları səsləndirilib, bəyanat oxunub.

Piket bitənə qədər polis 10 nəfəri saxlayıb.

HAMI BURAXILIB

«Polis fevralın 9-da müxtəlif saatlarda İran səfirliyi qarşısında icazəsiz aksiya keçirmək cəhdlərinin qarşısını alıb. Bu zaman ümumilikdə 8 nəfər saxlanaraq, inzibati məsuliyyətə cəlb olunub. Artıq onların hamısı buraxılıb».

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG