Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

Bakıda Xəzəryanı ölkələrin sərhəd xidmətlərinin görüşü olub


Bakıda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib.

Bu barədə APA- agentliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir.

Görüş zamanı Xəzərdə mövcud vəziyyət və sərhəd qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər Xəzərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq mexanizminin işlənib hazırlanması, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
XS
SM
MD
LG