Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Partlayış zamanı həlak olan və yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılıb


«Bu günün sonunadək Masallının bütün müəssisə və təşkilatlarında, kəndlərdə rabitə xidməti bərpa olunacaq. 5 gün ərzində isə bütün rayonda rabitə əlaqəsi olacaq».

Bunu AzadlıqRadiosuna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib.

Artıq beynəlxalq və mobil rabitə xidmətləri tam işlək vəziyyətdədir.

Masallıda telefon rabitəsinin bərpası məqsədilə hazırda hadisə yerində nazirliyin işçi qrupu çalışır.

Fevralın 7-də Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binada partlayış olub, binanın bir hissəsi çöküb. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Prezident İlham Əliyevin tapşırığı ilə partlayış zamanı həlak olan və yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılıb.

M. Əmirov deyib ki, həlak olan şəxslərin ailələrinə 5 min, xəstəxanada müalicə olunanlara 2 min, xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılan şəxslərə isə min manat birdəfəlik yardım edilib. Dəfnin təşkili üçün həlak olan şəxslərin hər birinin ailəsinə 2 min, ağır xəsarət alıb tibbi müalicə alanların hər birinə min, xəstəxanadan evə buraxılan şəxslərə isə 500 manat əlavə vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG