Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Berlusconi və “Mübarəkin bacısı qızı”


Berlusconi prokurorların qərarını eşidəndə...

Berlusconi prokurorların qərarını eşidəndə...



İtaliya prokurorları baş nazir Silvio Berlusconinin dərhal məhkəməyə çıxarılmasını tələb ediblər.

Məhkəməin dərhal olması müraciəti belə başa düşülür ki, prokurorların əlində kifayət qədər sübut var. Buna görə prokurorlar ilkin məhkəmə dinləməsinə ehtiyac görmürlər.

Milan prokurorlarının təqdim etdiyi sənəddə deyilir ki, 74 yaşlı Berlusconi “əhəmiyyətli sayda qadına, o cümlədən gecə klubunun rəqqasəsi, mərakeşli Karima El Mahruqa seksə görə pul verib”.
“Həmin vaxt El Mahruqun yaşı 18-dən az olub”.

Sənədə görə, Əl Mahruq oğurluq ittihamı ilə həbsə düşəndə Berlusconi onu azad etmək üçün rəsmilərə qanunsuz təzyiq edib.

BERLUSCONİNİN İZAHLARI

Sağ mərkəzçi hökumətin başçısı Berlusconi ittihamları rədd edir və deyir ki, bunlar “solçu prokurorların oyunudur”.

Berlusconi etiraf edir ki, El Mahruqa pul verib. Ancaq o deyir ki, pulu seksə görə yox, qızın ailəsi çətin vəziyyətdə olduğu üçün verib.

Berlusconi etiraf edir ki, El Mahruqu polisdən buraxdırmaq üçün doğrudan da zəng edib.

Berlusconinin izahına görə, ona deyiblərmiş ki, El Mahruq Misir prezidenti Hüsni Mübarəkin bacısı qızıdır. Berlusconi də diplomatik qalmaqala yol verməmək üçün onu polisdən buraxdırmaq istəyib.

İndi söz hakimindir. Milan məhkəməsinin hakimi 5 gün ərzində müəyyən edəcək ki, baş nazirin məhkəməsi olsun yoxsa yox. Hakimin müsbət qərarından sonra məhkəmə bir neçə ay ərzində başlaya bilər.

Rəy sorğularına görə, Berlusconinin baş nazirliyini əhalinin cəmi 34 faizi bəyənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG