Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:23

«Dövlət idarələrində «paket maaşı» ləğv olunur»


Mətbuat icmalı
Mətbuat icmalı
CƏZALARIN ÜNVANI DƏQİQ OLMALIDIR

«Yeni Azərbaycan» qəzeti yazır ki, korrupsiya ilə mübarizə tədbirləri sistemli və davamlı xarakter daşıdığından neqativ hallara yol verən şəxslərin düzgün müəyyənləşdirilməsi vacibdir. Onların hansı səbəblərdən cəzalandırılmasının təfərrüatı da şəffaflıq tələb edir:

«Son günlər müxtəlif nazirlik və komitələrdə keçirilən kollegiya iclasları zamanı korrupsiya halları ilə mübarizənin yollarına dair fikirlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən edilən planlar diqqətə çatdırılır. Eyni zamanda, həmin qurumlarda işlərində ciddi nöqsanlara yol vermiş işçilərin cəzalandırılması barədə məlumatlar yayılır. Amma bir sıra hallarda həmin işçilərin adları və hansı fəaliyyət sahələrini təmsil etdikləri məlum olmur. Cəzalandırılmış şəxslərin hansı əməllərinə və nöqsanlarına görə işlərindən qovulmalarının təfərrüatları qaranlıq qalır. İctimaiyyət isə bu mübarizə tədbirlərinin effektivliyi barədə daha açıq və dolğun şəkildə məlumat almaq istəyir».

DÖVLƏT İDARƏLƏRİNDƏ «PAKET MAAŞI» LƏĞV OLUNUR

«Yeni Müsavat» qəzeti yazır ki, dövlət idarələrində həyəcanlı xəbərlər dolaşır, işçilərə paketdə pul verilməsi dayandırılır:

«Bizə deyirlər ki, «paket» ləğv olunur, əmək haqları artırılacaq. Amma əməkhaqlarının ilin ikinci yarısında artırılacağını bildirirlər. Ona qədər quru əməkhaqqı ilə dolanmaq çətin olacaq».

«Mənbəmizin verdiyi daha bir məlumat benzinin qiyməti ilə bağlıdır. İlin ikinci yarısından benzinin bahalaşacağı ilə bağlı da məlumatlar var:

«Əslində belə bir qərar martda veriləcəkdi, amma hansısa səbəblərdən ləngidi və bildirilir ki, may-iyun aylarında olacaq. Görünür, mətbuatda yazılanlar doğrudur, gerçəkdən də hökumət ərəb ölkələrində müşahidə olunan etirazların Azərbaycanda da baş verə biləcəyindən ehtiyatlanır».

ƏHALİNİN SOSİAL MÜDAFİƏSI VƏ MƏŞĞULLUQ STRATEGİYASI UĞURLA REALLAŞIR

«Azərbaycan» qəzeti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun məqaləsini dərc edib. Müəllif prezidentdən sitat gətirərək yazır ki, 7 il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşüb:

«Bu, bir daha göstərir ki, aparılan islahatlar və iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilib».

RÖVNƏQ ABDULLAYEV 1 MİLYARD DOLLARA STADİON TİKİR

«Bizim yol» qəzeti yazır ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə Bakıda dəyəri 1 milyard ABŞ dolları olan stadion inşa edilir. Bu barədə Türkiyənin «TOCA Memarlıq Proje və Uyqulama LTD» şirkəti məlumat verib. Qəzet sifarişçinin ARDNŞ prezidenti Rövnəq Abdullayev olduğunu iddia edir:

«Azərbaycan hakimiyyəti stadionun 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunları uçun inşa edildiyini bəyan edib. Lakin bu mötəbər beynəlxalq yarışın Azərbaycanda keçirilməsi inandırıcı deyil. Olimpiya oyunlarının keçirilməsi üçün yalnız stadion və olimpiya komplekslərinin mövcud olması kifayət deyil... İki il əvvəl yaradılan bu şirkət ARDNŞ-ın bütün laiyhələrinə cəlb olunub, ölkənin investisiya layihələrində böyük pay alıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG