Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:06

Tovuzda respublikanın ilk muzey elektron kataloqu istifadəyə verildi


Elektron kataloq Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bazasında yaradılıb .

Bu barədə Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Aydın Qasımov məlumat verib.

Hazırda elektron bazada 4 məlumat bazası yaradılıb: muzey kitabları, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabları və 2 elektron kartoteka bazası. İstifadəçilər axtarışı açar söz, müəllif, sərlövhə və nəşr ili üzrə apara bilər. Sistem avtomatlaşdırılmış rejimdə tapılan sənədləri müəllif, sərlövhə, nəşr ili və sənəd növünə görə qruplaşdırır. Həmçinin, elektron bazada kitabları 3-5 açar sözə görə axtarış imkanı da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG