Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:24
İslam qiyamçılarının lider Doku Umarov Moskvanın Domodedovo hava limanında kütləvi ölümlə nəticələnən sui-qəsdin məsuliyyətini öz üzərinə götürüb.

Partlayış nəticəsində hava limanının beynəlxalq gəliş zalında 36 nəfər həlak olub, 150-dən çox adam yaralanıb.

Umarov fevralın 7-də İslam saytı olan «Kavkazcenter»dəkı video-çıxışında yumşaq və tərəddüdlə danışıb.

Bununla belə onun mesajı soyuq idi: «Bu xüsusi əməliyyat mənim əmrimlə həyata keçirilib. İnşallah, bu cür xüsusi əməliyyatların gələcəkdə həyata keçirilməsi davam edəcək».

«Bizim aramızda özlərini qurban verməyə hazır olan yüzlərlə qardaşlar var», o əlavə edib ki, onlar yanvarın 24-də Domodedovoda bombalama günü qətlə yetiriliblər.

Rus tədqiqatçıları deyir ki, bombardmançı Şimali Qafqazdan 20 yaşlı bir adam olub.

Bu video Qafqaz Əmirinin eyni saytdakı ayrıca video-görüntüsündən bircə gün sonra ortaya çıxıb.

Fevralın 5-dəki videogörüntüdə Umarov and içmişdi ki, Rusiya Şimali Qafqaz ərazilərindən çıxmaqdan imtina etməsə, 2011-ci il onun üçün «qan və göz yaşları» ili olacaq.

1999-cu ildə Prezident Vladimir Putin, indiki baş nazir Çeçen separatçılarına qarşı ikinci müharibəyə başlamışdı.

Hərbi əməliyyat rəsmən başa çatdı, lakin İslamçı üsyançıların Dağıstan və İnquşetiyanın qonşu respublikalarına öz hücumlarını davam etdirir.

Demək olar ki, 20 il ələ keçirilməsi mümkün olmayan Umarov və onun ardıcılları regionda şəriət qanunuyla tənzimlənən müstəqil müsəlman dövləti qurmaq istəyirlər.

Bu 46 yaşlı saqqallı sələfi Əbdül-Khalim Sadulayev Rusiya qüvvələri tərəfindən öldürüləndən sonra, 2006-cı ilin iyunundan Çeçen üsyançı hərəkatına rəhbərliyi öz öhdəsinə götürüb.

Onun qrupu əvvəllər həyata keçirdikləri bir neçə əməliyyatı, o cümlədən ötən ilin martında 40 nəfərin ölümüylə nəticələnən Moskva metrosundakı partlayışı da etiraf edib.

Domodedovonun bombalanması Kremlin gələcək hücumların qarşısını almaq bacarıqlarını şübhə altına alır.

Şimali Qafqaz dirənişini Rusiyanın milli təhlükəsizlik üçün böyük təhlükə hesab etdiyini deyən prezident Dmitri Medvedev polisə hava və dəmir yolu stansiyalarında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülməsini tapşırıb.

Qərarlar isə qırğın üzərində qəzəbi rahatlatmaq kimi görünür.

Tənqidçilər qeyd edir ki, hökumət ötən il Moskva metrosuna bomba qoyulmasından sonra əlavə təhlükəsizlik tədbirləri həyata keçirmək üçün uğursuz olublar.

Dövlət Dumasının deputatı və Ədalətli Rusiya Partiyasının üzvü Oleq Shein:

«Nə üçün əvvəlki terror hücumlarından sonra verilən vəd və həyata keçirilən tədbirlər barədə geniş məlumat verilməyib? Moskvada metro vaqonları bombalananda, təyyarələr partladılanda xidməti itlərin gətirilməsinə vəsait ayrılması ilə bağlı danışıqlar gedirdi. 500 belə it gətirilməliydi, amma cəmi 40 dənədir».

Qəzəblənmiş rusları sakitləşdirmək üçün FSB təhlükəsizlik xidmətləri rəhbərliyi bu gün Domodedovo hadisəsi zamanı təhlükəsizliyə məsul olan və işdən çıxarılacaq FSB rəsmilərinin siyahısını təqdim edib.

Bu gün həmçinin hökumət rəsmiləri Domodedovoya hücumla bağlı istintaqın nəticələrini parlamentə təqdim edib. Amma detallı məlumatlar dərhal açıqlanmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG